Yunanıstanın sosialist baş naziri Corc Papandreu və mühafizəkar müxalifət lideri Antonis Samaras yeni baş nazir vəzifəsini və Kabinet üzvlərini müzakirə etmək üçün yenidən görüşüblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu gün Avropanın maliyyə nazirləri bir araya gələrək əlavə 11 milyard dollarlıq xilas paketinin ayrılıb-ayrılmamasına qərar verəcək. Papandreou Avropa Birliyinin yeni xilas paketini təsdiqləməsinə gətirib çıxaracaq qısamüddətli koalisiya hökumətinin yaradılması səbəbilə istefa verir. Saziş Yunanıstandan vergiləri artırmağı, o cümlədən hökumət işçilərinin əmək haqlarının və pensiaların ixtisarını tələb edir.
Koalisiya gələn il fevralın 19-da keçirilməsi planlaşdırılan yeni seçkilərədək mövcud olacaq. Papandreou yeni koalisiyaya rəhbərlik etməyəcək. Onun gələn il yenidən namizədliyini irəli sürəcəyi hələlik bəlli deyil. Sadə yunanların çoxu deyir ki, bütün siyasətçilər eynidir və yeni seçkilərin keçirilməsi mənasızdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB