Ötən gün İsrail Qəzza zolağına atəş açıb. Hadisə Han Yunus ərazisi yaxınlığında baş verib, nəticədə 1 fələstinli həlak olub, 3-ü isə yaralanıb.
Məsələ ilə bağlı açıqlama verən İsrail ordusu bildirib ki, döyüşçülər Qəzza zolağından raket atmağa hazırlaşırlarmış. Ötən gün verilən açıqlamada isə bildirilirdi ki, Qəzzadan atılan raket Aşkelon Bölgə Şurasının binasına düşüb.
Xatırladaq ki, İsrail ilə Qəzza zolağının döyüşçüləri arasında son günlərdə yaşanan hadisələrdə 14 qəzzalı, 1 nəfər israilli həlak olub. Öldürülən 2 qəzzalının sadə kəndli olduğu və tarlada işləyərəkən vurulduğu iddia edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB