Tailandda 506 nəfər ölüb, təxminən 3,2 milyon nəfər insan evinə qayıda bilmir

Tailandda 506 nəfər ölüb, təxminən 3,2 milyon nəfər insan evinə qayıda bilmir

Tailandda vəziyyət daha da gərginləşib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 506 nəfərə çatıb, daha iki nəfər isə itkin düşüb. Associated Press agentliyinin verdiyi məlumata görə, ölən və itkin düşənlər haqda rəsmi məlumatı daşqınların nəticəsinin qarşısını almaq üzrə yaradılan Departament açıqlayıb.


Qeyd edək ki, ən çox ölüm halı ölkənin mərkəzi əyaləti Nakhon Savanda qeydə alınıb, burada ölənlərin sayı 61 nəfərə çatıb. Növbəti əyalət isə Ayutthaya əyalətidir ki, burada ölənlərin sayı 53 nəfərdir. Təxminən 3,2 milyon nəfər insan isə öz evlərinə qayıda bilmir.



Qeyd edək ki, Tailandda iyul ayının ortalarından etibarən başlayan musson yağışları ölkədə həyatı iflic vəziyyətinə salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə