Meksikada voleybol oyunu qanlı bitdi: 8 ölü, 7 yaralı

Meksikada voleybol oyunu qanlı bitdi: 8 ölü, 7 yaralı

Meksikanın Kulyakan şəhərindəki parklardan birində voleybol oyunu zamanı cinayətkarlar atəş açmağa başlayıblar. Hadisə nəticəsində 8 nəfər ölüb, 7 adam yaralanıb.


Hüquq-mühafizə orqanları nümayəndələrinin sözlərinə görə, cinayətkarları iki nəfər müşayiət edib. Kimlərə atəş açmaq lazım olduğunu da onlar göstəriblər. "Cinayətkarlar kimi öldürməyin lazım olduğunu çox gözəl bilirdilər", - Kulyakanın paytaxtı olduğu Sinaloa ştatının prokuroru bildirib.


Hüquq-mühafizə orqanları cinayətin motivlərini rəsmən açıqlamayıblar. Lakin Sinaloada ştatın adını daşıyan kartel yerləşir. Hadisələ Meksikada fəaliyyət göstərən cinayətkar qruplaşmalar arasındakı münaqişənin səbəb olduğu güman edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə