Omanda tropik fırtına 14 nəfərin ölümünə səbəb olub

Omanda tropik fırtına 14 nəfərin ölümünə səbəb olub

Omanda hökm sürən tropik fırtına tələfata səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, son üç gün ərzində aramsız yağan leysan yağışlar sultanlığın bir hissəsini su altında qoyub. Baş vermiş subasma nəticəsində, 14 nəfər ölüb. Həmçinin, 200 nəfər zərər çəkib. Bəzi ərazilərdə suyun səviyyəsi 1,8 metrə çatıb.

Yaranmış vəziyyətlə əlaqədar əhali təxliyyə edilir. Meteoroloqlar qeyri-sabit hava şəraitinin daha 3 gün davam edəcəyini proqnozlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə