Çində kömür mədənində partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin mərkəzi hissəsində yerləşən Henan vilayətinin Sanmensya şəhərində qeydə alınmış qəza nəticəsində 4 nəfər ölüb, 14 nəfər isə xilas olmağa müvəffəq olub.
Hadisə zamanı mədəndə, 75 nəfərin olduğu bildirilir. Hazırda dağıntılar altında təxminən, 57 nəfər köməksiz vəziyyətdə qalıb. Əraziyə cəlb olunmuş xilasedicilər tərəfindən həmin şəxslərin axtarışları aparılır. Partlayışın başvermə səbəbi barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB