Polşanın paytaxtı Varşava şəhərində \"Boeing-737\" markalı sərnişin təyyarəsi qəza enişi edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, \"Friderix Şopen\" adına Beynəlxalq hava limanından Belçikaya uçan təyyarə havaya qalxdıqdan bir qədər sonra geri dönməli olub. Bildirilir ki, qəza enişinə pilot kabinəsində şüşənin çatlaması səbəb olub.
Almaniyanın Münhen şəhərində də eniş edən \"Boeing-777\" markalı sərnişin təyyarəsi isə eniş zolağından kənara çıxıb. Hadisənin başvermə səbəbi məlum deyil. Sinqapur hava yollarına məxsus təyyarədə 200 sərnişinin olduğu qeyd edilir. Baş vermiş hadisə nəticəsində hava limanın 2 eniş zolağından biri müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən 50 aviareys təxirə salınıb, 300-ü isə gecikib.
Anolji hadisə Birləşmiş Ərəb Əmirliklərində baş verib. Belə ki, Dubay şəhərində \"Airbus A 380\" markalı sərnişin təyyarəsi qəza enişi edib. Hadisəyə təyyarənin mühərriklərindən birində yaranmış texniki nasazlıq səbəb olub. Avstraliyanın \"Qantas\" şirkətinə məxsus hava gəmisinin göyərtəsində hadisə zamanı 283 nəfər olub. Baş vermiş hadisə son 1 il ərzində \"Rolls Royce\" şirkətinin \"Airbus A380\" təyyarələri üçün istehsal etdiyi mühərriklərdə qeydə alınan 2-ci texniki nasazlıqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB