Yaponiya parlamentinin sədri vəfat etdi

Yaponiya parlamentinin sədri vəfat etdi

Bugün Yaponiya yuxarı parlamentinin sədri Takeo Nisioka Tokio xəstəxanalarının birində 75 yaşında vəfat edib. SİA-nın xəbərinə görə, parlament sədrinin ölümünə səbəb ağır pnevmoniya olub. Qeyd edək ki, Takeo Nisioka hakimiyyətdə olan Demokrat partiyasının ən nüfuzlu nümayəndələrindən sayılırdı. İlk dəfə o 1963-cü ildə parlamentə seçilib. Sonralar Nisioka maarif naziri vəzifəsini tutub. 2010-cu ilin iyulunda parlamentin yuxarı palatasının spikeri təyin olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə