Fələstin fəallarından ibarət iki gəmi Qəzza zolağının İsrail tərəfindən dəniz blokadasını yarmaq üçün Qəzza sahillinə yola düşüb. Gəmilərin hazırda Qəzzadan 130 kilometr aralıda olduğu və hələlik İsrailin hərbi-dəniz qüvvələrinin müqaviməti ilə qarşılaşmadığı bildirilir. Kanada və İrlandiyaya məxsus "Azadlıq" gəmilərində jurnalistlər və ekipaj üzvləri ilə birlikdə 27 fələstin fəalı və 30 min dollar dəyərində tibbi ləvazimat var. Fələstinə yardım gəmilərində Kanada, İrlandiya, ABŞ, Avstraliya və hətta İsrailin Hayfa şəhərindən sərnişinlər var.
İsrail rəhbərliyi isə Həmas kimi döyüşçü qruplaşmalardan silah qaçaqmalçılığının qarşısının alınması üçün Qəzzanın dəniz blokadasını mühüm hesab edir. Təl-əviv fələstin fəallarının Qəzzaya qurudan yardım göndərməsini mümkün sayır. Ötən il İsrailin analoji flotiliyaya qarşı əməliyyatı 9 türkün ölümü ilə nəticələnmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB