Rusiya prezidenti Dmitri Medvedev Fransanın prezidenti Nikola Sarkozi və onun həyat yoldaşına mücrü hədiyyə edib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, mücrünün üzərində "Sadko" nağılı barəsində ifadələr yazılıb.
Eyni zamanda ABŞ prezidenti Barak Obama ilə Fransa prezidenti Nikola Sarkozi arasında görüş zamanı qaradərili lider öz zarafatından qalmayıb. Obama: "Qızının doğulmasından sonra ilk dəfədir ki, sizinlə görüşürəm. Sizi və Karlanı ürəkdən təbrik edir və arzu edirəm ki, Culia atasından çox anasına bənzəsin",-deyə əlavə edib.Onun bu zarafatı bütün auditoriyanın gülüşünə səbəb olub və Sarkozinin də xoşuna gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB