Amerikalı məşhur rejissor Gil Keyts şəxsi avtomobilində ölü olaraq tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, \"Oskar\" mükafatlarının verilməsi mərasimlərinin təşkilatçılığını çox zaman üzərinə götürən 77 yaşlı G. Keytsin ölüm səbəbi hələ məlum deyil.
Məlumat üçün bildirək ki, 1934-cü ildə Nyu Yorkda anadan olan rejissor öz yaradıcılığına Brodvayda \"You Know I Can\'t Hear You When the Water\'s Running\", \"I Never Sang for My Father\", \"Voices\" ve \"Tricks of the Trade\" kimi filmlərə quruluş verərək başlayıb.
1970-ci ildə isə prodüsser və rejissorluğunu etdiyi ilk filmi \"I Never Sang for My Father\" mərhuma üç \"Oskar\" namizədliyi qazandırıb.
Keyts 2008-ci ilə qədər \"Oskar\" mükafatları mərasiminin keçirilməsinin təşkilatçılığını 14 dəfə öz üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB