Azərbaycan və digər sahilyanı ölkələr Xəzərdə neft çirklənməsi hallarına qarşı protokol imzalayıb
Bu yaxınlarda Qazaxıstanın Oktavo şəhərində Azərbaycan və digər Xəzəryanı ölkələr Xəzər dənizinində neft çirklənməsi hallarına qarşı regional əməkdaşlığa dair protokol imzalayıb. SİA-nın verdiyi xəbərə görə, bunu Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun İnkişafı İdarəsinin rəisi Tariyel Hüseynov deyib. Onun sözlərinə görə, İran da daxil olmaqla dörd Xəzəryanı ölkə protokola imza atıb. "Türkmənistan da həmin protokolu imzalamağa razılıq verib. Bu protokolda neft dağılmalarına qarşı birgə səylərin göstərilməsi tədbirlərin həyata keçirilməsi qeyd olunub. Belə hadisələrin aradan qaldırılmasını Xəzəryanı ölkələrin hamısının iştirakı rəsmiləşib".
Azərbaycanda neft dağılmalarının qarşısını almaq üçün xarici şirkətlərin aktiv əməkdaşlıq etdiyini deyən Tariyel Hüseynov bildirib ki, Azərbaycan neft dağılmalaırının qarşısını almaq sahəsində beynəlxalq təşkilatların təcrübəsindən yararlanaraq neft dağılmaların qarşı hazırlığın təmin edilməsi üzrə Milli Plan hazırlayıb.
Onun sözlərinə görə, bu plan təsdiq olunduqdan sonra rəsmi Bakı bir başa fəaliyyət planı həyata keçirə biləcək. "Neft və qazın aktiv hasilatı qəzalar ehtimalını gücləndirir. Bunula əlaqədar yeni yataqlarda müvafiq infrastrukturun yaradılması, hər regionda neft və qaz hasilatı ilə məşğul olan şirkətlərlə əməkdaşlıq vacibdir\".
İlkin Nəcəfli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB