ABŞ-da oktyabrın 29-30-da yağan güclü qar nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb. Ölənlərdən 26-sı Amerika, 1-i Kanada vətəndaşıdır. Onların hamısı yol qəzaları, ağacların aşması və təbii fəlakətin başqa nəticələri zamanı həlak olublar.
Bundan əvvəl qar çovğunu nəticəsində 12 nəfərin bldüyü bildirilirdi.
Hökumətin məlumatına görə, hələ də Nyu-York, Massaçusets, Konnektikut, Nyu-Cersi, Pensilvaniya və Nyu-Hempşir ştatlarının 1 milyona yaxın sakini hələ də işıqsız qalmaqdadır. Təbii fəlakətdən sonrakı ilk günlərdə belə sakinlərin sayı 2,2 milyon idi. Elektrik təchizatının noyabrın 4-dən tez tam bərpa edilədəyi gözlənilmir.
ABŞ prezident Barak Obama təbii fəlakətin daha çox ziyan vurduğu üç ştatda fövqəladə vəziyyət elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB