Türkiyədə 44 nəfər PKK ilə əlaqədə şübhəli bilidiyi üçün həbs edilib

Türkiyədə 44 nəfər PKK ilə əlaqədə şübhəli bilidiyi üçün həbs edilib

Bu gün Türkiyədə Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqədə şübhəli bilinən 44 nəfər həbs edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, həbs edilənlər PKK-ya dəstək aksiyalarının planlaşdırılmasında təqsirləndirilir.

Qeyd edək ki, Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə