Meksikanın şimal-qərbində, Tixuana şəhərində aviaqəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, beynəlxalq hava limanından havaya qalxan yüngülmühərrikli təyyarə eniş zolağından 300 m aralıda yerə çırpılıb.
Nəticədə, təyyarənin göyərtəsində olan 2 nəfər və yerdə 1 nəfər ölüb. Qəza zamanı bir neçə tikilinin də zədələndiyi qeyd edilir. Hadisənin başvermə səbəbi məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB