Bill Klintonun qaynanası vəfat edib

Bill Klintonun qaynanası vəfat edib

ABŞ-ın dövlət katibi Hillari Klintonun anası Doroti Rodhem (Dorothy Rodham) vəfat edib. SİA-nın "RİA Novosti" istinadən verdiyi xəbərə görə, 92 yaşlı Rodhem çərşənbə axşamı dünyasını dəyişib. Xanım Klinton bununla bağlı bəyanat yayaraq, bütün qohumlarına və yaxınlarına başsağlığı verib.

Bundan əvvəl Hillari Klinton anasının vəziyyəti ilə əlaqədar Böyük Britaniya və Türkiyəyə səfərlərini ləğv etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə