BMT Liviyadakı kimyəvi silahların məhvi barədə qərar qəbul edib

BMT Liviyadakı kimyəvi silahların məhvi barədə qərar qəbul edib

BMT Təhlükəsizlik Şurasının oktyabr ayının 31-də keçirilən iclasında qəbul olunmuş qərara əsasən, Liviyadakı bütün kimyəvi silahlar təcili şəkildə məhv ediləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən, Rusiya tərəfinin irəli sürdüyü qərar layihəsi qurumun digər bütün üzvləri tərəfindən yekdilliklə qəbul edilib. Qərara əsasən, Liviya höküməti qısa müddət ərzində ölkədəki bütün kimyəvi silahları məhv etməli, eləcə də qonşu ölkələrdən silah alınmasının və ya ötürülməsinin qarşısını almalıdır.

Qeyd edək ki, Liviyada sürən vətandaş müharibəsi ölkənin silah anbarlarının təhlükəsizliyini kifayət qədər zəiflədib, bu isə öz növbəsində terrorçu qruplaşmaların fəallaşmasına gətirib çıxarıb.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə