BMT Təhlükəsizlik Şurası Liviya ilə bağlı sənəd qəbul edib. SİA Vesti.ru-ya istinadən xəbər verir ki, Rusiya tərəfindən təklif olunmuş sənədə TŞ-da təmsil olunan 15 dövlətin hər biri səs verib. Sənəddə qeyd edilir ki, Liviyanın yeni gücləri ölkə ərazisində olan bütün kimyəvi silahları, eləcə də daşınan zenit-raket komplekslərini ləğv etməlidir.
Belə ki, vətəndaş müharibəsi dövründə Liviyada yerləşən silah anbarları xeyli boşalıb və nəticədə baş verə biləcək kimyəvi təhlükə amilləri artıb. Çünki həmin silahlar regionda olan terror qruplaşmalarının əlinə keçə bilər.
Xatırladaq ki, Liviyanın yeni hökuməti Müəmmar Qəddafi dövründən qalma kimyəvi silah anbarları aşakar ediblər. MKŞ-nin baş naziri Mahmud Cəbrayıl isə bununla əlaqədar bəyan edib ki, yeni hökumət beynəlxalq ekspertlərin yardımları ilə bu silahlardan xilas olmağa hər an hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB