Qırğızıstanda oktyabrın 30-da keçirilən prezident seçkilərinin ilkin nəticələri elan edilib. SİA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, bülletenlərin 95,47 faizi hesablanıb, baş nazir Almazbek Atambayev səslərin 62,8 faizini qazanaraq səs çoxluğu ilə liderdir. İkinci yerdə olan Adaxan Madumarov səslərin 14,8, Kamçibek Taşiyev isə seçicilərin 14,3 faizinin səsini ala bilib. Xatırladırıq ki, seçkilərdə 16 namizəd iştirak edib. Qırğızıstan qanunvericiliyinə görə səslərin 50 faizi+1 səs qazanmış namizəd seçilmiş hesab olunur. Seçkiləri isə Azərbaycan da daxil olmaqla, Müstəqil Dövlətlər Birliyi və Avropa ölkələrinin, həmçinin bir sıra beynəlxalq təşkilatların müşahidəçiləri izləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB