Moskvada növbəti dəfə lazer hücumu

Moskvada növbəti dəfə lazer hücumu
SİA "İnterfax" agentliyinə istinadən xəbər verir ki, Moskva ətrafında bir gün ərzində üç təyyarəyə lazer hücumu edilib. Belə ki, Almaniyanın Frankfurt şəhərindən havaya qalxmış A-319 təyyarəsi Moskva ətrafında yerdən salınan lazerə tuş gəlib. Daha sonra Zalsburq-Moskva reysi ilə uçan GLEX BD-700 təyyarəsi dispeyçerlərə lazer hücumu barədə məlumat verib. Bunun ardınca isə Simferopoldan Moskvaya səmt götürən təyyarə Moskvaətrafı bölgədən lazer işığına bürünüb. Xoşbəxtlikdən hər üç hadisə nəticəsində qəza vəziyyəti yaranmayıb.
Artıq bu kimi insidentlər Moskva ilə yanaşı, Sankt-Peterburqda, Kamçatkada, Çeçenistan ərazisində, Rostovda və digər Rusiya regionlarında baş verib. Onu da qeyd edək ki, Rusiya duması birinci oxunuşdan bu barədə qərar qəbul edib və yaxınlarda lazer xuliqanlığı on il azadlıqdan məhrumetmə cəzası ilə nəticələnəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə