Tunis Yasir Ərəfatın dul qadınının həbsi üçün order təqdim edib

Tunis Yasir Ərəfatın dul qadınının həbsi üçün order təqdim edib
Tunis dövləti Fələstin muxtariyyətinin keçmiş lideri Yasir Ərəfatın dul qalmış arvadı Suhi Ərəfatın həbsi üçün rəsmi olaraq order təqdim edib. Bu barədə Tunisin ədliyyə nazirliyinin rəsmisi Katim Zin əl-Abidin Əlcəzairin "Əl-Xəbər" qəzetinə müsahibə verərkən deyib. SİA Lenta.ru-ya istinadən xəbər verir ki, Suhi Ərəfatı öz səlahiyyətlərini aşmaqda günahlandıran Tunis hökuməti iddia edir ki, o 2006-cı ildə " Beynəlxalq Karfagen Məktəbi"-nə rəhbərlik edərkən vəzifə səlahiyyətlərini aşıb. Suhiyə sürülən ittihamlara görə, onu 10 ilə qədər həbs cəzası gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə