Fələstin YUNESKO-ya üzv seçildi

Fələstin YUNESKO-ya üzv seçildi

Bu gün BMT-nin təhsil, elm və mədəniyyət üzrə təşkilatı (YUNESKO) Fələstin muxtariyyətini tamhüquqlu üzv kimi öz tərkibinə daxil edib. SİA-nın "Zaman" qəzetinə istinadən xəbərinə görə, Fələstinin təşkilatın üzv olmasına 107 ölkə səs verib. 14 ölkə, o cümlədən ABŞ, Kanada və Almaniya bunun əleyhinə səs verib. 52 dövlət, o cümlədən Böyük Britaniya isə bitərəf qalıb. Beləliklə, Fələstin təşkilatın 195-ci üzvü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə