İran Parlamenti ölkə tarixinin ən böyük korrupsiya faktını araşdırmağa başlayıb. SİA Türkiyənin Hürriyyət qəzetinə istinadən xəbər verir ki, İran parlamenti prezident Əhmədinejatın fəaliyyətini və hökumətin korrupsiyaya əməliyyatlarını təftiş etmək üçün komissiya yaratmaq barədə qərar verib. Prezident Əhmədinejatın parlamentdə hesabat xarakterli çıxışına zəmin yaratmaq üçün artıq 73 millət vəkili tərəfindən imza toplanıb. Bu arada Beynəlxalq media qurumları xüsusilə Qərb mətbuatı İran prezidentinə qarşı parlamentin bu qərarını cəsarətli adım kimi qiymətləndirib. Vurğulanıb ki, bu İslam İnqilabından sonra prezidentin parlamentə ilk hesabatı olacaq. İran parlamenti 2.6 milyard dolların müxtəlif banklar vasitəsi ilə Prezidentə yaxın olan çevirələr tərəfindən oğurlandığını iddia edib. Hətta konkret prezident Əhmədinejata yaxınlığı ilə bilinən iqtisadiyyat naziri Şəmsəddin Hüseyninin də korrupsiya əməliyyatlarında Əli olduğu bildirilir. Bütün bu hadisələr hakimiyyət daxili mübarizənin nəticəsində baş verir. Belə ki İrana 2012 - ci il Parlament seçkiləri 2013 - cu ildə isə Prezident seçkiləri keçiriləcək. Bütün bunlar isə bu seçkilərə hazırlıq mərhələsi kimi qiymətləndirilir.
Zamin Axundov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB