Qırğızıstanda keçirilən prezident seçkiləri başa çatıb. Yerli vaxtla saat 19.00-da bütün seçki mətnəqələri bağlanıb. Qeyd edək ki, seçki bülletenlərində prezidentliyə 16 namizədin adı olub. Onların arasında Sosial-Demokratlar Partiyasının lideri, baş nazir Almazbek Atambayev, "Bütün Qırğızıstan" müxalifət partiyasının lideri Adaxan Madumarov və "Ata yurt" parlament fraksiyasının lideri Kamçibek Taşiyev favorit hesab edilir.
Roza Otunbayeva isə seçkilərdə iştirak etmirdi. Onun səlahiyyət müddəti sabah başa çatır.
Qırğızıstanın yeni konstitusiyasına görə, prezident yalnız 1 dəfə, 6 illik müddətə seçilir. Bu dəfə seçici fəallığı limiti ləğv edildiyindən, səs verənlərin sayından asılı olmayaraq, seçki baş tutmuş sayılacaq. Seçkilərin ilkin nəticələri isə sabah məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB