Peruda güclü zəlzələ baş verib. Yeraltı tıkanların gücü Rixter şkalası ilə 6.9 bal olub. İlkin məlumata görə, təbii fəlakət nəticəsində 16 nəfər zərərçəkən var. ABŞ Geoloji Araşdırma Mərkəzinin verdiyi məlumata görə, zəlzələ İka şəhərindən 51 kilometr cənub qərbdə 35 kilometr dərinlikdə baş verib.
Xatırladaq ki, 4 il əvvəl 2007-ci ildə Perunun Pisko şəhərində baş vermiş zəlzələdə 596 nəfər həlak olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB