Hillari Klinton Türkiyəyə gedir

ABŞ-ın xarici işlər naziri Hillari Klinton Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dəvəti ilə Türkiyəyə səfərə gələcək. SİA-nın Haber Türk portalına istinadən verdiyi xəbərə görə, Klinton səfər çərçivəsində dekabrın 2-də İstanbulda keçiriləcək Əfqanıstan Konfransında iştirak edəcək.


ABŞ dövlət departamentinin nümayəndəsi Viktoriya Naland tərəfindən verilən bəyanatda xanım Klintonun tədbirdə iştirak edəcəyi bildirilib.


Qeyd edək ki, terrorizmə qarşı birgə mübarizə və Əfqanıstanın gələcək vəziyyətinin müzakirə ediləcəyi konfransa Türkiyə ilə Əfqanıstan rəhbərlik edir. ABŞ-ın konfransda iştirakı isə dəstək xarakterlidir.


Zamin Axundov


Bütün xəbərlər Facebook səhifəmizdə