Robert Köçəryan Moskvaya səfər edəcək

Robert Köçəryan Moskvaya səfər edəcək
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Moskvaya səfər edəcək. SIA-ın "news.am" saytına istinadən verdiyi məlumata görə, bunu Robert Köçəryanın mətbuat xidmətinin rəhbəri Viktor Soqomonyan söyləyib. Ermənistanın sabiq prezidentinin Moskvada "Sistema" AFK Direktorlar Şurasının iclasına qatılacağını deyən Viktor Soqomonyan bildirib ki, hər hansı siyasi görüş nəzərdə tutulmayıb. Bundan əvvəl Ermənistan mətbuatı Robert Köçəryanın Rusiyanın baş naziri Vladimir Putinlə görüşmək üçün Moskvaya gedəcəyini bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə