İsrail və Misir əsir mübadiləsində razılaşdılar

İsrail və Misir əsir mübadiləsində razılaşdılar

İsrail həbsxanalarında olan 25 misirli məhbus ilə Misirdə həbsdə olan və casusluqda günahlandırılan israilli məhbus Ilan Grapelin sabah səhər Taba şəhərində dəyişdiriləcəyi bildirilir. SİA-nın Haber Türk portalına istinadən verdiyi xəbərə görə, İsrail və Misir arasında olan əsirlərin dəyişdirilməsi prosesi Misir-İsrail sərhədində yerləşən Taba şəhərində reallaşacaq. Qahirədən Taba şəhərinə gətiriləcək israilli məhbusu burada İsrail səlahiyyətliləri təhvil alacaq. İsrail tərəfi isə 3 uşaq olmaqla 25 məhbusun azad edilməsinə razılıq verib. Ancaq İsrail tərəfinin Misirdə həbs edilən daha 5 vətəndaşının azad edilməsi tələbinə Misir hökuməti rədd cavabı verib. Xatırladaq ki, Misir rəsmiləri İsrailin xüsusi xidmət orqanı Mossadla əlaqəli olduğundan şübhələndiyi bu şəxsləri azad etməkdən boyun qaçırıb. Bundan başqa İsrail və Misir rəsmiləri bu yaxınlarda əsirlərlə bağlı yeni görüşmələrinin olacağını bildirir. Bundan başqa İsrail Radiosu İsrail Parlamentinin üzvü Mihail Binerinin İsrail yüksək məhkəməsinə müraciət edərək tərəflər arasında əldə olunan razılaşmanın ləğvini istəyib. Parlamentarinin bu addımı Misirin 5 İsrail vətəndaşını azad etməməsinə etiraz olaraq atıb.


Zamin Axundov


Bütün xəbərlər Facebook səhifəmizdə