İrlandiya Türkiyənin Van bölgəsinə zəlzələ ilə əlaqədar çadır və ədyal göndərəcək. SİA-nın xəbərinə görə, İrlandiya Xarici işlər və Ticarət nazirliyi Türkiyəyə ümumilikdə 600 çadır və 3000 ədyal göndəriləcəyini açıqlayıb. İrlandiyanın baş nazir müavini, həmçinin Xarici işlər və Ticarət naziri Eyamon Gilmore Vanda baş vermiş zəlzələdən sonra Türkiyəyə başsağlığını bildirib və yardıma hazır olduqlarını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB