Aİ ilə Türkiyənin Yaxın Şərq siyasətini dəyərləndirən Fransanın xarici işlər naziri Alain Juppe proseslərdə Türkiyənin rolunu yüksək qiymətləndirib. SİA- nın "Yeni Asiya" qəzetinə istinadən verdiyi xəbərə görə, Fransanın xarici işlər naziri Alain Juppe"Farance İnter" radio kanalına verdiyi müsahibəsində Suriyada hakimiyyət dəyişikliyinin artıq qaçılmaz olduğunu vurğulayıb. Proseslərdə Türkiyənin rolunu dəyərləndirən nazir bildirib ki, Avropa İttifaqı Türkiyənin proseslərdəki Qərb yönümlü aktiv iştirakından məmnundur.
Yeddi aydan çoxdur ki, Suriyada müxalifətin indiki siyasi sistemə qarşı etirazları davam edir. Dinc etirazlar isə Bəşər Əsəd tərəfindən amansızca dağıdılır və çoxsaylı insan tələfatları ilə nəticələnən hərbi müdaxilələr baş verir. Bundan əlavə müxalifətin Suriyada xalqa ümumtətil çağırışı etdiyi bildirilir. Müxalifətinin verdiyi son açıqlamalarda təhlükəsizlik qüvvələrinin 30 min adamın həbs etdirildiyi isə qərb mətbuatı tərəfindəndə təsdiqlənib. Bütün hallarda Avropa və onun müttəfiqləri prosesləri diqqətlə izləyir.
Qeyd edək ki, Dəməşqin ən böyük meydanlarından olan Əməvi Meydanında kütləvi nümayişlərə hazırlıq gedir.
Axundov Zamin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB