Berluskoni noyabrda istefa verəcək

Berluskoni noyabrda istefa verəcək
İtaliyanın baş naziri Silvio Berluskoni gizli olaraq koalisiya hökuməti ilə sazişi imzalayıb. SİA "İtaliyanın La Reppublika" və "La Stampa" qəzetlərinə istinadən xəbər verir ki, əgər onun bütün tələbləri yerinə yetirilsə, noyabr ayında istefaya gedəcək. Qeyd edək ki, 2012-ci ilin martında İtaliyada seçkilər keçiriləcək. O da məlum olub ki, Berluskoni bu razılığı "Şimal Liqası" partiyasının lideri Umberto Bossi ilə apardığı danışıqdan sonra verib.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə