Qətər dövləti Müəmmar Qəddafiyə qarşı döyüşdüyünü etiraf edib

Qətər dövləti Müəmmar Qəddafiyə qarşı döyüşdüyünü etiraf edib
Qətərin yüzlərlə hərbçisi Liviyanın devrilmiş hökumətinə qarşı döyüşüb. SİA "Interfax" agentliyinə istinadən xəbər verir ki, bunu Qətərərin Baş qərargah idarəsinin rəisi Həməd bin Əli Attay rəsmi olaraq bəyan edib.
"Yüzlərlə Qətər əsgəri Liviyanın bütün rayonlarında üsyançılarla NATO qüvvələri arasında əlaqələrin yaradılması istiqamətində fəaliyyət göstərib"-deyən Attay vurğulayıb ki, həmin dövrlərdə müxalifətçilər bu yardımlardan bəhrələnərək, qələbə uğrunda inamla mübarizə aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə