Braziliya məhkəməsi cinsi azlıqların evlənmələrinə \"yaşıl işıq\" yandırdı

Braziliya məhkəməsi cinsi azlıqların evlənmələrinə \"yaşıl işıq\" yandırdı
Braziliyanın ali məhkəməsi bu ölkədə yaşayan cinsi azlıqların evlənmələrinə icazə verən sənədi təsdiq edib. SİA "Agence France-Presse"-yə istinadən xəbər verir ki, buna səbəb iki qadının müraciəti səbəb olub. Belə ki, qadınlar evlənmək üçün aşağı məhkəmə instansiyalarına müraciət etsələr də, onların bu arzuları nəticəsiz qalıb. Lakin həmin qadınlar sonuncu məhkəmə instansiyası olan ali məhkəməyə müraciət etməli olublar.
Xatırladaq ki, Braziliyanın ali məhkəməsi hələ 2011-ci ilin mayında iki nəfər "kişiyə" evlənmək icazəsi vermişdi. Hazırda dünyanın 13 ölkəsində eyni cinsə malik insanlara evlənmək icazəsi verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə