Suriyada doqquz hərbçi öldürüldü

Suriyada doqquz hərbçi öldürüldü
SİA "Agence France-Presse"-yə istinadən xəbər verir ki, Suriyada bir zabit daxil olmaqla doqquz nəfər hərbçi öldürülüb. Agentliyin məlumatına görə, həmin hərbiçiləri daşıyan yük maşınına qumbaraatandan atəş açılıb. Nəticədə yük maşınında olanların hamısı həlak olub.
İnsident Həma şəhərinin ətrafında baş verib. Qeyd edək ki, bu şəhər Bəşər Əsəd rejiminə qarşı mücadilə aparan ən fəal şəhər kimi tanınır.
Hücum aktını heç bir təşkilat boynuna götürməsə də bunun "Suriya azadlıq ordusu" adlandırılan müxalifətçilər tərəfindən törədilməsi istisna edilmir.
Xatrladaq ki, bir gün öncə, ölkənin çimalında da buna bənzər hadisə baş vermişdi. Belə ki, 40 hərbi yük avtomobili müxalifətçilərin mühasirəsinə düşdükdən sonra, güclü qarşıdurma yaranmışdı. Nəticədə yeddi hərbiçi həlak olmaqka yanaşı, Suriya ordusuna məxsus bir ədəd tank partladılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə