İrakın şiə alimi Ayətulah Sistaninin Babil əyalətindəki təmsilçisinin evinə basqın olub. SİA -nın Fars xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, silahlı hücum naməlum şəxslər tərəfindən təşkil olunub. Hücum zamanı evin tamamilə dağıldığı bildirilir. Sistaninin şəxsi nümayəndəsinin evinə basqın zamanı onun həyat yoldaşı və bir uşağı həlak olub. Özü isə hücumdan sağ çıxa bilib.
Agentlik həmçinin bildirir ki, son günlərdə Ayətullah Sistaninin nümayəndələrinə qarşı təşkil edilən hücumlar ənənəvi xarakter alıb. Xatırladaq ki, bundan əvvəl Sistaninin başqa bir nümayəndəsi Höccətulislam Memar da analoji hücuma məruz qalmış və öldürülmüşdü.
Zamin Axundov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB