Sirt şəhərində 250-dən çox cəsəd tapıldı

Sirt şəhərində 250-dən çox cəsəd tapıldı

Liviyanın keçmiş lideri Muəmmar Qəddafinin həyatını itirdiyi Sirt şəhərində Qəddafi əsgərlərinə aid olduğu bilinən 250-dən çox cəsəd tapılıb. SİA-nın xəbərinə görə, Sirtdə hələ son olaraq ötən gün Mahari Otelin bağçasında edam edilmiş 53 Qəddafi əsgərinin meyidi tapılıb. Cəsədlərin əllərinin arxadan bağlı olduğu və edam edildiyi açıq-aşkar aydın olub. İnsan haqqları təşkilatı Sirtin başqa bir bölgəsində də edam edilərək öldürülmüş ən azı 10 cəsədin olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə