İtaliyada baş verən leysan ölkənin şimalında və mərkəzində torpaq sürüşməsi və evlərin uçmasına yol açıb. SİA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Spetsiya əyalətində torpaq sürüşməsi nəticəsində evlər dağılıb. Yalnız 1 nəfər dağıntılar altından sağ çıxarılıb, 3 nəfər isə həlak olub. Məcrasından çıxan çay Spetsiya şəhərində xəstəxananı və yaxınlıqdakı bir neçə magistral yolu qəza vəziyyətinə salıb. Bir çox yaşayış evinin birinci mərtəbəsi su altında qalıb. 400 mm yağışın düşdüyü Liquya əyalətində də gərgin vəziyyət yaranıb. Əyalət rəhbərliyi hökumətdən dəstək istəyib. Genuya-Spetsiya-Roma dəmiryol magistralında hərəkət dayanıb. Roma Şəhər Bələdiyyəsi bu gün qasırğa təhlükəsi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Alp dağlarına yağan qarın hündürlüyü 35 santimetrə çatıb. Sinoptiklər belə hava şəraitinin 36 saat da davam edəcəyini proqnozlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB