Gəmi Karib dənizində yoxa çıxıb

Gəmi Karib dənizində yoxa çıxıb
Nikaraquanın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Karib dənizində yoxa çıxıb. Belə ki, gəminin heyəti 27 nəfər dənizçidən ibarət olub. SİA "Agence France-Presse"-yə istinadən xəbər verir ki, həmin ərəfədə dənizdə tropik "Rina" qasırğası əsirmiş.
Eyni zamanda sahilyanı rayonlarda yerləşən yaşayış massivlərində də əhalinin evakuasiyasına başlanılıb. Nikaraqua hökuməti bu ərazilərə üç hərbi gəmi göndərib. Hazırda "Rina" Meksika sahilləri tərəfə istiqamət götürüb. Onun sürəti saatda 120 kilometri əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə