Qəddafi səhrada dəfn ediləcək
Müəmmar Qəddafinin meyidi bu gün Liviya səhralarının birində dəfn olunacaq. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, dəfn mərasiminin yeri sirr olaraq saxlanılacaq. Qəddafi ilə bağlı son olaylardan sonra, oktyabrın 24-də onun və oğlu Mütəssibin meyidləri naməlum istiqamətə doğru aparılıb. O da məlum olub ki, polkovnikin yaxın qohumları onun meyidini ala bilməyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə