Misir Türkiyəyə köməyə etmək istəyir

Misir Türkiyəyə köməyə etmək istəyir

Misir xarici işlər naziri Məhəmməd Kamal Əmr Vanda yaşanan zəlzələdən sonra Türkiyəyə kömək üçün hazır olduqlarını söyləyib. SİA-nın xəbərinə görə, Misirin rəsmi Nil televiziyasının məlumatında Əmr Türkiyə Xarici işlər naziri Əhməd Davudoğlu ilə telefonla əlaqə saxlayaraq Davudoğluna Misir xalqının və hökumətinin başsağlığı mesajını çatdırıb. Əmr zəlzələ bölgəsinə kömək etmək üçün Misirin hazır olduğunu və Türk xalqının acısını bölüşdüyünü dilə gətirib.


Bütün xəbərlər Facebook səhifəmizdə