Avropa Birliyi (AB) ölkələri dövlət və hökumət başçıları Suriya lideri Bəşər Əsədə demokratiya mesajları verdilər. SİA-nın "Financial Times"a istinadən verdiyi xəbərə görə, AB ölkələri hökümət və dövlət başcılarının bu mesajı kifayyət qədər mürəkəb bir zamanda verilib və bunun arxasında ciddi iradlar dayanır. Bundan başqa AB Suriya müxalifətinin Milli Keçid Şurasının yaradılması qərarını da məmnuniyyətlə qarşılayıb. Əsəd rejiminin vandalizm siyasətinin şiddətlə qınandığı bəyanatda dövlət başcısı Bəşər Əsədin hakimiyyətdən çəkilməsi və Suriyada islahatların həyata kecirilməsinə şərait yaradılması şərti qoyuldu: "Biz Birləşmiş Millətlər təşkilatının (BMT) üzvlərinin Suriyadakı vəziyyətlə bağlı daha aydın mövqe ortaya qoymaga çağırırıq. AB Suriya müxalifətinə ciddi dəstək verməlidir. Biz anlayırıq ki, Suriyada baş verən hadisələr və vətandaşların demokratiya arzuları Suriya rejimi tərəfindən şiddətə məruz qalır və rejim öz vətandaşlarına qarşı terror həyata kecirir. Bu despotizmin dayandırılması ücün mümkün qədər bütün adımlar təcili atılmalıdır\".
Zamin Axundov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB