100 terrorçu zərərsizləşdirilib

100 terrorçu zərərsizləşdirilib

Öldürülən terrorçuların sayı 100-ə yüksəlib. SİA-nın \"Habertürk\"ə istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Qazan vadisində həyata kecirdiyi əməliyyatda ölü ələ keçərilən terrorçuların sayı 100-ə catıb.

Çuxurcada 24 əsgərin şəhid olduğu xain hücumun ardından başladılan əməliyyatlar bütün gücü ilə davam etdirilir. Əməliyyatların Qazan vadisində aparıldıgı bildirilir. Bölgədən gələn son xəbərlər isə əməliyyatlarda indiyə qədər 100 terrorçunun zərərsizlişdirildiyi istiqamətində məlumatlar gəlməkdədir..

Trrkiyə Silahlı Qüvvələrininn həyata kecirdiyi əməliyyatlarda 22 batalyon iştirak edir. Eyni zamanda Hərbi Hava Qüvvələrinin Diyarbəkır və Malatyadan qalxan F-16 qırıcı-bombardmançı təyyarələri əmaliyyatlarda müntəzəm iştirak edir.

Əməliyyatlar daha çox Qazan vadisində həyata kecirilir. Bundan əvvəl isə Baş Qərargah 49 terrorçunun zərərsizləşdirdiyini bildirib.

Son basqında ölü ələ keçərilən terroristlərdən bir necəsi daha əvvəl Qovaqlı düşərgəsinə edilən basqından iştirak etdiyi məlum olub.

Bundan başqa terror təşkilatının 7 rəhbər kordinatoru da öldürülüb.

10 Oktyabrda təşkil edilən hava əməliyyatlarında isə terror təşkilatının 7 əsas hərbi kordinatoru da Öldürülənlər arasıdır. Bunlardan Rustəm Cudi, Alişer Kockuri , Ucal Xalis adlı terroristlərin oldugu bildirilir.Xatirladaq ki adlarını cəkilən teroristlərin çox sayda qanlı terorv olaylarina qarışdıqları ortaya cıxıb.

Hakkarinin Çuxurca kəndində yerləşən Qazan vadisinə PKK-nın qurulduğu tarixdən bu yana ilk dəfə Türk Silahlı Qüvvələrinin girdiyi bildirilib. Vadinin coğrafi quruluşu isə mürəkəb qayalıqlardan ibarətdir. Quru yolu ilə nəqliyyatın mümkün olmadığı vadidə bəzi kəndlərə nəqliyyat çığır dag yollarından kecməklə münkündür. Başqa tərəfdən Qazan vadisində PKK-nın hərbi qanadının rəhbərlərindən olan Fehman Hüseynin oldugu kəşfiyyat məlumatları əsasında müəyyən edilib. Hal-hazırda əməliyyatlar bu bögədə genişləndirilir.

Zamin Axundov

Bütün xəbərlər Facebook səhifəmizdə