İsveçrə millətçiləri parlamentə yer itkisinə məruz qalıblar

İsveçrə millətçiləri parlamentə yer itkisinə məruz qalıblar
İsveçrədə keçirilmiş federal seçkilərdə ölkənin ultrasağçı partiyası olan SVP parlamentin aşağı palatasında fəaliyyət göstərən Milli şurada yeddi deputat kürsüsü itiriblər. SİA "Neue Zuercher Zeitung" agentliyinə istinadən xəbər verir ki, İsveçrənin Xalq Partiyası 25,9 faiz səslə liderlik edir, lakin bu səslər 2007-ci ildə keçirilmiş seçklərlə müqayisədə 3 faiz azlıq təşkil edir. Belə ki, nəticə etibarıyla Milli şuraya 55 partiyanın nümayəndələri daxil olacaqlar. Ümumilikdə isə Milli şuraya 220 nəfər daxildir.
İkinci yerə isə İsveçrənin Sosial-Demokrat Partiyasi sahiblik edir. Bu partiya 18,1 faiz səs toplayıb ki, bu da 2007-ci illə müqayisədə 1,4 faiz azdır. Nəticədə sosial-demokratlar daha bir mandata sahib olacaqlar və parlamentdə 44 nəfərlə təmsil olunacaqlar.
Müstəqil demokratik partiyası 15, Xristian demokratik partiyası isə 12 faiz səs toplamağa nail olublar.
Eyni zamanda bu seçkilərdə digrər partiyalar- Yaşıl Liberal (GLP) və Burjua demokratik partiyaları (BDP) uğur qazana biliblər.
Uğur qazananlarla yanaşı, ciddi məğlubiyyətlə üzləşən təşkilatlar da mövcuddur ki, onlardan biri də "Yaşıllar" partiyasıdır. Bu partiya 8,3 səs toplayaraq, yalnız aşağı palatada yeddi nümayəndəsi ilə iştirak edəcək.
Onu da xatırladaq ki, İsveçrə parlamentinin yuxarı palatasına da seçkilər keçirilib və bu seçkilərin nəticələri daha gec müddətdə məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə