Liviyada Milli Keçid Şurasının rəhbəri Mustafa Abdulcəlil ölkədə şəriət qaydalarının tətbiq olunacağını söyləyib. SİA-nın Türkiyənin "Xəbər 7" informasiya portalına istinadən verdiyi xəbərə görə, Abdulcəlil Benqazidəki mərkəzi meydanda çıxış edərək bildirib ki, artıq Liviyada bundan sonra şəriət qanunları tətbiq olunacaq: "Biz artıq Liviyada boşanma və evlənmə qanunlarının da qüvvədən düşdüyünü elan edirik. Eyni zamanda İslam banklarının yaradılması da nəzərdə tutulub və faizsiz bank sisteminin tətbiqinə başlanılacaq. Biz bu zaman şəriət və İslam ənənələrini əsas götürəcəyik. Eyni zamanda bundan sonra Liviyanın gələcək siyasi taleyində dönüş yaratmaq üçün bütün imkanlarımızı səfərbər edəcəyik\".
Bundan sonra xalqa müraciətində atəşfəşanlıq zamanı silahlardan istifadə etməməyə çağıran Abdulcəlil bunun İslam qaydalarına zidd olduğunu bildirib.
Zamin Axundov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB