Tunisdə ilk azad seçki baş tutub

Tunisdə ilk azad seçki baş tutub
İslamçı Ennahda partiyasının səsvermənin qalibi olduğu deyilir QayNar: "Ərəb baharı"nın baş tutduğu Tunisin dövlətçilik tarixində ilk azad seçki baş tutub. Seçkinin ilkin nəticələrinə əsasən, xeyli müddət ölkədə qadağan olunan İslamçı partiyası seçkidə daha çox səs toplayıb. Asayişin təminatına hərbçilərin nəzarət etdiyi sekçi zamanı, kiçik pozuntulardan savayı heç bir zorakılıq qeydə alınmayıb. İlk seçkidə minlərlə müşahidəçinin iştirak etdiyi bildirilir. Ölkəsinin gələcək konstitusiyasını yazacaq və ölkənin yeni hökumətini təyin edəcək 217-üzvlük assambleyanın səsverməsi böyük insan axıcılığı ilə müşahidə olunub. Səsverənlər arasında baş örtüksüz qadınlar, keçmiş siyasi məhbuslar, "Facebook" kimi sosial şəbəkələrdə "Ərəb baharı"nın "katalizatorları" olmuş gənclər belə iştirak edib. Yekun qərarın 2 gün ərzində veriləcəyi bildirilsə də, bir çox mənbələr artıq İslam hərəkatı "Ennahda"nın qələbə çaldığını bildirib. 6 nömrəli Əl Mənzəh rayonunda seçki məntəqəsində baş örtüklü həyat yoldaşı və qızı ilə səsvermədə iştirak verən Ennahda İslamçı partiyasının lideri Rəşid Qannuçi səsvermənin "Tarixi bir gün" olduğunu qeyd edib, Tunisin ikinci dəfə dünyaya gəldiyini bildirib. Bununla belə, adı çəkilən liderin kütlə önündə peyda olması birmənalı qarşılanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə