Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam öz tərəfdarlarına müraciət edərək bildirib ki, sağdır və Liviyanın ərazisindədir. Dünya mətbuatı xəbər verir ki, o, həmçinin Liviya Milli Keçid Şurasının qüvvələrinə qarşı mübarizəni davam etdirəcəyini bildirib.
Seyf əl-İslamın müraciətini bu gecə Suriyadan yayımlanan Qəzzafiyə sadiq \"Ər-ray\" telekanalı yayıb. Bu barədə RİA Novosti agentliyi məlumat verib.
\"Biz müqavimətimizi davam etdirəcəyik. Mən Liviyadayam, azadlıqdayam və sona qədər mübarizə apararaq qisas almaq niyyətindəyəm\" - Qəddafinin oğlu bəyan edib.
Bundan əvvəl internet saytlarının birində Qəddafinin tərəfdarlarının bəyanatı yayılmışdı. Bayanatda Seyf əl-İslamın varis elan olunduğu və üsyançılara qarşı mübarizədə komandanlığın ona keçdiyi bildirilmişdi.
Onun ailəsinin bəzi üzvləri - həyat yoldaşı Safiyə, qızı Aişə, oğlanları Məhəmməd və Hannibal Əlcəzairə qaçıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB