Səudiyyə Ərəbistanı hökuməti ölkədə işləyən 3 milyon əcnəbinin deportasiya edilməsi barədə qərar qəbul edib. SİA-nın Türkiyənin \"Sabah\" qəzetinə istinadən verdiyi xəbərə görə, onlar arasında 30 min Türkiyə vətəndaşı da var. Bu qərar işsizliklə mübarizə proqramı çərçivəsində qəbul edilib.
Belə ki, Səudiyyə Ərəbistanında işsizlik 10,8 faizə çatıb. Bununla əlaqədar ölkə rəhbərliyi işsizliklə mübarizə proqramına başlayıb. Proqram, həmçinin ölkədə müxtəlif vəzifələrdə Səudiyyə Ərəbistanı vətəndaşlarının sayının artmasını nəzərdə tutur. Səudiyyə Ərəbistanı əhalisinin sayı 18 milyon 700 nəfərdir. Onlardan başqa ölkədə daha 8 milyon 42 min nəfər də əcnəbi var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB