İtaliyanın paytaxtı Roma şəhərində yağmurlu hava şəraiti hökm sürüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aramsız yağan leysan xarakterli yağışlar subasmaya səbəb olub. Nəticədə, avtomobillərin hərəkəti çətinləşib, elektrik təchizatında fasilələr yaranıb, metropolitenin bir neçə stansiyası yağış suları ilə dolub.
İlkin məlumata görə, 1 nəfər ölüb, 1 nəfər isə itkin düşmüş hesab olunur. Yaranmış vəziyyətlə əlaqədar olaraq müvafiq işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB