Meksikada aviaqəza, 3 ölü

Meksikanın paytaxtı Mexiko şəhərində aviaqəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, markası məlum olmayan vertolyot avtomobil dayanacağına çırpılıb. Yanğın hadisəsi olmayıb.

Vertolyotun göyərtəsində olan 4 nəfərdən 3-ü ölüb, 1 nəfər isə ağır xəsarətlər alıb. Yerdə xəsarət alan olmayıb. Qəza ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə