Liviyanın keçmiş lideri Müəmmər Qəddafi yaralı halda ələ keçib. Liviyanın Müvəqqəti Keçid Hökuməti faktı təsdiq edib. M.Qəddafinin maşın karvanı ilə döğulduğu Sirt şəhərindən qaçmaq istəyərkən Britaniya \"Tornado\"larının raket zərbəsinə tuş gəlib. Nəticədə Liviya lideri iki ayağından ciddi yaralanıb. Məlumatda bildirilir ki, əvvəlcə NATO qüvvələrinə məxsus iki kəşfiyyat təyyarəsi keçmiş liderin gizləndiyi rayonun üzərindən uçuşlar ediblər. Sonra isə Keçid Milli Hökumətinə məxsus qüvvələr son hücumu reallaşdırıblar. Yaralı Qəddafi ona yaxınlaşan silahlılara \"Atəş açmayın\" deyə səslənib. Keçmiş lideri xəstəxanaya apararkən yolda keçinib. Qəddafiyə sadiq qüvvələr faktı əvvəlcə təsdiq etməyiblər və liderin hələ də sağ olduğunu bildiriblər. Amma ölüm faktını \"Əl-Cəzirə\" telekanalı təsdiq edəndən sonra məsələnin ciddiliyi qəbul edilib.
Xəbərdə deyilir ki, Qəddafinin oğlu Mütəəssim də tutulanlar arasındadır. Həmçinin Liviyanın keçmiş kəşfiyyat xidmətinin rəhbəri Abdulla as-Senussi, liderin mətbuat katibi Mussa İbrahim həbs edilib.
Yeni hökumətin rəhbəri Abdel Məcid bildirib ki, Qəddafinin meyidi Missurata şəhərinə aparılacaq.
Atrıq Livyada Qəddafinin yaxalanması xəbərini bayram edirlər. İnsanlar küçələrə axışır və bu xəbəri paylaşırlar. Amerika komandanlıgı bu xəbər təsdiqləməsə də, NATO-nun mərkəzi qərargahı ölüm faktından xəbərdardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB